Çempionlar Liqasının finalının rəsmi topu təqdim edilib
UEFA Çempionlar Liqasının pley-off və final oyununda istifadə olunacaq top təqdim edilib. Topda iki aslan təsvir edilib. Bu, İngiltərənin və paytaxt Londonun zəngin tarixi, mədəniyyətinin rəmzi olmaqla yanaşı, həm də oyunçuların cəsarətini, gücünü, həmçinin Avropa klub futbolunun ən çox arzulanan kubokunun əzəmətini təcəssüm edir. Çempionlar Liqasında 1/8 final mərhələsi sabah start götürəcək. Final matçı iyunun 1-də Londonda gerçəkləşəcək.
url:
http://www.kepezfm.az/xeberler/%C3%A7empionlar-liqas%C4%B1n%C4%B1n-final%C4%B1n%C4%B1n-r%C9%99smi-topu-t%C9%99qdim-edilib