Çempionlar Liqasında 1/4 final cütləri dəqiqləşib: “Real”la “Mançester Siti” üz-üzə
Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib. 1/4 final cütləri, yarımfinal və finalın potensial rəqibləri bəlli olub. 1/4 finalda“Arsenal” - “Bavariya” ,“Atletiko”- “Borussiya” ,“Real” - “Mançester Siti” , PSJ - “Barselona” komandaları qarşılaşacaqlar. Yarımfinalda isə “Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi, “Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibləri üz-üzə gələcək. 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.
url:
http://www.kepezfm.az/xeberler/%C3%A7empionlar-liqas%C4%B1nda-14-final-c%C3%BCtl%C9%99ri-d%C9%99qiql%C9%99%C5%9Fib-%E2%80%9Creal%E2%80%9Dla-%E2%80%9Cman%C3%A7ester-siti%E2%80%9D-%C3%BCz-%C3%BCz%C9%99