Çinin rəsmi Sinxua agentliyi: Gəncə Çin-Azərbaycan əməkdaşlığının mühüm mərkəzinə çevrilir

Çinin rəsmi Sinxua agentliyi Gəncə şəhəri barədə geniş oçerk dərc edib. Məqalədə Gəncənin qədim tarixi, İpək Yolu dövründəki rolu və dahi Azərbaycan şairi Nizami Gəncəvinin şəhərlə bağlı irsi xüsusi vurğulanır. Oçerkdə Gəncənin müasir dövrdə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığında mühüm mərkəzə çevrildiyi bildirilir. Orta Dəhliz üzrə nəqliyyat əlaqələrinin inkişafı, “Yutong” şirkətinin şəhər ictimai nəqliyyatında iştirakı və yeni EURO-6 avtobuslarının gətirilməsi diqqətə çatdırılır. Sinxua yazır ki, əməkdaşlığın dinamikası xidmət sektoruna və kənd təsərrüfatına da şamil olunur: aprelin əvvəlinə qədər şəhərdə ənənəvi Çin təbabəti klinikası və MINISO mağazasının açılması planlaşdırılır və Azərbaycan Dövlət Aqrar Universiteti 2027-ci ilə qədər Çinin göbələk becərilməsi texnologiyasını tətbiq etmək niyyətindədir.

url: 
http://kepezfm.az/xeberler/%C3%A7inin-r%C9%99smi-sinxua-agentliyi-g%C9%99nc%C9%99-%C3%A7-az%C9%99rbaycan-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1n%C4%B1n-m%C3%BCh%C3%BCm-m%C9%99rk%C9%99zin%C9%99-%C3%A7evrilir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik