Ödənişli yolda avtomobil ağaca çırpılıb
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində "BMW-X6" idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/%C3%B6d%C9%99ni%C5%9Fli-yolda-avtomobil-a%C4%9Faca-%C3%A7%C4%B1rp%C4%B1l%C4%B1b

