Şamaxıda A.Bəkirova idarə etdiyi minik avtomobillə piyada, 56 yaşlı Elmira Əliyevanı vuraraq öldürüb. Naxçıvan-Sədərək yolunda minik avtomobili yoldan çıxaraq aşıb.Nəticədə 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar.Masallının Mollaoba kəndində Eminağa Həşimov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.Nəticədə sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin Həşimov ölüb.Faktlarla bağlı araşdırma aparılır.

