Ölkə ərazisində ağır yol qəzaları baş verib
Masazırda Vahidov Vahim Xankişi oğlu idarə etdiyi "Mercedes Benz Viano" markalı avtomobillə piyada Əzimov Zaur Zakir oğlunu vuraraq öldürüb. Faktla bağlı cinayət işi başlanılıb.Naxçıvanın Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü uşaq isə həyatını itirib.Mingəçevirdə “Toyota”, "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşub.Qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü Əkbər Rzayev və "VAZ-21015" markalı avtomobilin sürücüsü Elşad Qəhrəmanov xəsarət alıblar. Faktlarla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99-%C9%99razisind%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zalar%C4%B1-ba%C5%9F-verib-14

