Tovuzun Aşağı Quşçu kəndində hərəkətdə olan "Kia" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "Mercedes" markalı avtomobil yol kənarında dayanan "VAZ 2206" və "Opel" markalı nəqliyyat vasitələrinə dəyib.Hadisə nəticəsində "Mercedes"i idarə edən 2004-cü il təvəllüdlü Əkbər Qasımov dünyasını dəyişib.Beyləqanda "Ford" və "VAZ" markalı avtomobillər toqquşub. 64 yaşlı Seymur Kərimov və onun qızı, 30 yaşlı Aytən Muradova xəsarət alıb.S. Kərimovun həyatını xilas etmək mümkün olmayıb. Sumqayıtda iki "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Hacıqabulda isə hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.Fatlarla bağlı araşdırma aparılır.

