Ölkə ərazisində baş verən qəzalar faciəsiz ötüşməyib
Lənkəranda 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən və ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.Qəza nəticəsində sürücü xəsarət alıb, sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu həyatını itirib. Eyni ərazidə daha bir yol qəzası da baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vuraraq xəstəxanalıq edib.Sabirabadda isə “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurarq öldürüb.Faktlar araşdırılır.
url:
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99-%C9%99razisind%C9%99-ba%C5%9F-ver%C9%99n-q%C9%99zalar-faci%C9%99siz-%C3%B6t%C3%BC%C5%9Fm%C9%99yib

