Ötən ay 3,9 min şəxsə əlillik təyin olunub
Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib. Onlardan 1,9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Son bir ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 8,6 min şəxsə reabilitasiya xidməti göstərilib.
url:
http://www.kepezfm.az/xeberler/%C3%B6t%C9%99n-ay-39-min-%C5%9F%C9%99xs%C9%99-%C9%99lillik-t%C9%99yin-olunub