Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə ötən həftə 17 tank əleyhinə mina, 62 piyada əleyhinə mina, 460 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.1455,4 hektar ərazi minalardan təmizlənib.Minatəmizləmə əməliyyatlarını ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, digər qurumlar və dörd özəl şirkət işğalda azad olunmuş Qarabağda , o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
url:
http://kepezfm.az/xeberler/%C3%B6t%C9%99n-h%C9%99ft%C9%99-14554-hektar-%C9%99razi-minalardan-t%C9%99mizl%C9%99nib

