Ötən il Azərbaycanda 42 minə yaxın gənc işlə təmin olunub
Dövlət Məşğulluq Agentliyi ötən il 41 538 gənci işlə təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib ki, 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 281 min 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.
url:
http://www.kepezfm.az/xeberler/%C3%B6t%C9%99n-il-az%C9%99rbaycanda-42-min%C9%99-yax%C4%B1n-g%C9%99nc-i%C5%9Fl%C9%99-t%C9%99min-olunub