Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb
Bu il keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirəcək.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. Həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Qeydiyyat prosesi 2 sentyabr saat 18:00-dək davam edəcək.
url:
http://kepezfm.az/xeberler/%C3%BCmumi-orta-t%C9%99hsil-bazas%C4%B1nda-kollecl%C9%99r%C9%99-q%C9%99bul-olunanlar%C4%B1n-qeydiyyat-m%C3%BCdd%C9%99ti-uzad%C4%B1l%C4%B1b

