Ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar
Bakıda vəziyyəti avtobusda qəfil pisləşən 1964-cü il təvəllüdlü kişi ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Mərkəzi Neftçilər Xəstəxanasının həyətində baş verib. Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib.Xəstəxanadan bildirilib ki, göstərilən müdaxilə nəticəsində pasiyentin həyatı xilas olunub. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağırdır.
url:
http://kepezfm.az/xeberler/%C3%BCr%C9%99yi-dayanan-ki%C5%9Fini-x%C9%99st%C9%99xana-h%C9%99y%C9%99tind%C9%99-h%C9%99yata-qaytard%C4%B1lar

