Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib
Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları şəhid hərbi pilotun məzarı üzərinə gül dəstələri düzüblər. Onun xidmət müddəti ərzində nümayiş etdirdiyi yüksək peşəkarlığından danışılıb.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9F%C9%99hid-h%C9%99rbi-pilot-r%C9%99%C5%9Fad-ataki%C5%9Fiyevin-m%C9%99zar%C4%B1-ziyar%C9%99t-edilib