Şəkərli diabet xəstələrinin həkim müayinəsi qaydası dəyişib
Şəkərli diabet xəstələrinin endokrinoloq müayinəsindən keçmə müddəti ilə bağlı dəyişiklik edilib.Nazirlər Kabinetinin qərarına əsasən, insulin qəbul etməyən şəkərli diabet xəstələri artıq 3 ayda bir dəfə endokrinoloq müayinəsindən keçəcəklər. Əvvəllər bu müddət 2 ay idi.İnsulinə ehtiyacı olan xəstələr isə əvvəlki qaydada ayda bir dəfə həkim müayinəsində olacaqlar.Bundan başqa, bütün şəkərli diabet xəstələri ildə bir dəfə ümumi cərrahın konsultasiyasından keçəcəklər.
url:
http://kepezfm.az/xeberler/%C5%9F%C9%99k%C9%99rli-diabet-x%C9%99st%C9%99l%C9%99rinin-h%C9%99kim-m%C3%BCayin%C9%99si-qaydas%C4%B1-d%C9%99yi%C5%9Fib

