Şəkidə evin yanması nəticəsində 92 yaşlı qadın xəsarət alıb
Şəkidə 1932-ci il təvəllüdlü Nəzihə İbrahimovaya məxsus birmərtəbəli, 3 otaqlı ev yanıb. Evin dam örtüyü, mətbəx və aynəbəndin tavanı yararsız hala düşüb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində 92 yaşlı qadın ayaq nahiyəsindən yanıq xəsarəti alıb və Xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9F%C9%99kid%C9%99-evin-yanmas%C4%B1-n%C9%99tic%C9%99sind%C9%99-92-ya%C5%9Fl%C4%B1-qad%C4%B1n-x%C9%99sar%C9%99t-al%C4%B1b