Şəmkirdə 13 il əvvəl törədilmiş cinayətin üstü açılıb
13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. 2010-cu ildə Şəmkirin Yeniabad kəndində “Daewoo Nexia“ markalı avtomobilin sürücüsü Məhərrəm Həsənovun meyiti tapılıb. Fakta görə cinayət işi başlansa da, hadisəni törədəni müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Yenidən həyata keçirilən istintaq tədbirləri nəticəsində Yeniabad kənd sakini Turab Vəliyevin Məhərrəm Həsənova deşici-kəsici alətlə zərbələr endirərək qəsdən öldürməsinə şübhələr müəyyən edilib. Turab Vəliyevə ittiham elan edilib.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9F%C9%99mkird%C9%99-13-il-%C9%99vv%C9%99l-t%C3%B6r%C9%99dilmi%C5%9F-cinay%C9%99tin-%C3%BCst%C3%BC-a%C3%A7%C4%B1l%C4%B1b