Şadlıq sarayında təmir zamanı ustanın yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi açılıb
Yanvarın 29-da Bakının Nərimanov rayonunda 36 yaşlı Bəhram Bayramovun iş yerində ölməsi faktı ilə rayon prokurorluğunda araşdırma aparılıb. Onun qəlibçi usta kimi şadlıq sarayında təmir işləri görən zaman ayaqaltı dəmir konstruksiyanın üzərindən yerə yıxılaraq aldığı xəsarətlər səbəbindən ölməsi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9Fadl%C4%B1q-saray%C4%B1nda-t%C9%99mir-zaman%C4%B1-ustan%C4%B1n-y%C4%B1x%C4%B1laraq-%C3%B6lm%C9%99si-fakt%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-cinay%C9%99t-i%C5%9Fi-a%C3%A7%C4%B1l%C4%B1b