Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb
Şamaxıda Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib. Onun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9Famax%C4%B1da-iran-v%C9%99t%C9%99nda%C5%9F%C4%B1na-narkokuryerlik-ed%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b