Şimali Kipr sahillərində batan gəmidə Azərbaycan vətəndaşları da olub
Şimali Kiprin Girnə sahillərində batan sərnişin gəmisində olan iki Azərbaycan vətəndaşı xilas edilib.Valeh Hümmətov və Rəşad İbrahimov ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.Qəza nəticəsində 8 nəfər ölüb, 240 nəfər xilas edilib. 19 sərnişinin axtarışı davam edir.Hadisə ilə əlaqədar Şimali Kiprdə üç günlük milli matəm elan olunub. Gəminin kapitanı və 7 əməkdaşı saxlanılıb.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fimali-kipr-sahill%C9%99rind%C9%99-batan-g%C9%99mid%C9%99-az%C9%99rbaycan-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1-da-olub

