Şirvanda avtomat silahı, daraq və patronlar aşkarlanıb
Şirvanda avtomat, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Eyni zamanda şəhər sakini müvafiq sənədləri olmayan ov tüfəngini polis əməkdaşlarına təhvil verib. Binəqədidə də rayon sakini tapdığı "Makarov" markalı tapançanı, daraq və 5 ədəd patronu təqdim edib.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9Firvanda-avtomat-silah%C4%B1-daraq-v%C9%99-patronlar-a%C5%9Fkarlan%C4%B1b