Şirvanda avtomobil FHN əməkdaşını vuraraq öldürüb, Hacıqabulda isə yol qəzasında 5 nəfər xəsarət alıb
Şirvan şəhəri Çılpaqlı qəsəbəsində sürücü avtomobili arxaya sürərkən Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb. Həzrətquliyevin Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir. Hacıqabulun Udullu kəndində “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri, 1965-ci il təvəllüdlü Ağayev Sahib Həsən oğlu, 1975-ci il təvəllüdlü Yaqubova Könül Canəli qızı, 2006-cı il təvəllüdlü Hacıəliyeva Leyla Mürkəli qızı və 1979-cu il təvəllüdlü Hacıəliyev Mürkəli Əsgəralı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktlarla bağlı araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9Firvanda-avtomobil-fhn-%C9%99m%C9%99kda%C5%9F%C4%B1n%C4%B1-vuraraq-%C3%B6ld%C3%BCr%C3%BCb-hac%C4%B1qabulda-is%C9%99-yol-q%C9%99zas%C4%B1nda-5-n%C9%99f%C9%99r