"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
Şuşa şəhərində “İƏT-in turizm paytaxtı 2026” ilinin açılış mərasimi keçirilib. Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatı üzvü olan Azərbaycan, Türkiyə, İran və digər ölkələrin nümayəndə heyətləri iştirak edir. Proqram çərçivəsində yaxın günlərdə turizm üzrə ekspert iclası, Qastronomiya Günü və turizm nazirlərinin görüşü keçiriləcək. Qeyd edək ki, Şuşa 2023-cü ildə qəbul edilən qərarla 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan olunub.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fu%C5%9F-%E2%80%93-i%C9%99t-turizm-paytaxt%C4%B1-2026-t%C9%99dbirinin-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F%C4%B1-olub

