"Şuşa Bəyannaməsi" qəbul olunub
Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) turizm nazirlərinin 7-ci görüşü keçirilib. “Şuşa - İƏT-in Turizm Paytaxtı 2026” çərçivəsində təşkil olunan tədbirdə üzv ölkələrin nümayəndə heyətləri iştirak ediblər. Görüşdə turizmin inkişafı, ekoturizm və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbir zamanı “Şuşa Bəyannaməsi” qəbul edilib, Qazaxıstanın Aktau şəhəri isə 2030-cu il üçün "ECO-nun turizm paytaxtı" seçilib.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fu%C5%9F-b%C9%99yannam%C9%99si-q%C9%99bul-olunub

