Şuşada “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib
Şuşada “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib. Qeyd olunub ki, ilk mərhələdə müvafiq işçi qrupu işğaldan azad olunan ərazilərimizə qayıdışı planlaşdırılan 311 min şəxsin demoqrafik, məşğulluq və sosial göstəricilərinin təhlili həyata keçirib. Qayıdış prosesində 256 işəgötürənlə görüş keçirilib, işçi qüvvəsinə olan tələbat öyrənilib, köçürülən sakinlərdən artıq 1495 şəxsin məşğulluğu təmin edilib, 979 nəfərin isə məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. İlkin mərhələdə həmin ərazilərdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub.
url:
http://www.kepezfm.az/xeberler/%C5%9Fu%C5%9Fada-%E2%80%9C%C9%99halinin-pe%C5%9F%C9%99-haz%C4%B1rl%C4%B1%C4%9F%C4%B1n%C4%B1n-t%C9%99%C5%9Fkili%E2%80%9D-m%C3%B6vzusunda-d%C9%99yirmi-masa-ke%C3%A7irilib