Şuşada mina partlayışı olub, xəsarət alan var
Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA-nın verdiyi məlumata görə dünən Şuşanın Cəmillər kəndi ərazisində 1979-cu il təvəllüdlü Bakı sakini Bayramov Bəxtiyar Mirzə oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobillə tank əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı araşdırma aparılır.Aidiyyatı qurumlar bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fu%C5%9Fada-mina-partlay%C4%B1%C5%9F%C4%B1-olub-x%C9%99sar%C9%99t-alan-var

