Əraqçi: İranın nüvə silahından imtina təklifi rədd edilib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrail və ABŞ-a qarşı əməliyyatın növbəti mərhələsində 2 tonluq döyüş başlıqlı raketlərdən istifadə etdiyini bildirib.İran dövlət televiziyasının məlumatına görə, hücumlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasına, bir neçə Amerika hərbi obyektinə, eləcə də İsrailin Təl-Əviv və Eylat şəhərlərinə yönəlib. Zərbələr zamanı Xorrəmşəhr, Emad və Xeybər Şekan tipli raketlər tətbiq edilib.Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə silahından imtina təklifini rədd etdiyini bildirib. O qeyd edib ki, ABŞ siyasəti neft qiymətlərinin artmasına səbəb olur və bu vəziyyət sadə vətəndaşlara mənfi təsir göstərir.
url:
http://kepezfm.az/xeberler/%C9%99raq%C3%A7i-iran%C4%B1n-n%C3%BCv%C9%99-silah%C4%B1ndan-imtina-t%C9%99klifi-r%C9%99dd-edilib

