Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra dispetçerlə əlaqə saxlayıb.Pilot vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqımıza Ərdoğanın səmimi arzuları çatdırılıb.Türkiyə Prezidenti mesajında Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, dövlət başçısına isə cansağlığı və xoşbəxtlik arzulayıb.
url:
http://kepezfm.az/xeberler/%C9%99rdo%C4%9F-prezident-ilham-%C9%99liyev%C9%99-%C9%99n-s%C9%99mimi-arzular%C4%B1m%C4%B1-%C3%A7atd%C4%B1rmaqdan-b%C3%B6y%C3%BCk-m%C9%99mnunluq-duyuram

