“Böyük dəbilqə”: Yusifov 1/8 finalda, Talıbov uduzub
Parisdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin iki təmsilçisi tatamı üzərinə çıxıb. İmran Yusifov hər iki görüşdə rəqiblərinə qalib gələrək, 1/8 finala vəsiqə qazanıb. O, fransalı Romain Pikardla üz-üzə gələcək. Nazir Talıbov isə startda ukraynalı rəqibinə uduzub. Yığmamız yarışa 9 cüdoçu ilə yollanıb.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Cb%C3%B6y%C3%BCk-d%C9%99bilq%C9%99%E2%80%9D-yusifov-18-finalda-tal%C4%B1bov-uduzub