“Böyük Qayıdış” proqramı üzrə ilk mərhələ 2026-cı ildə başa çatacaq
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində çıxışında deyib ki, 2026-cı ilin sonunadək Azərbaycanda azad edilmiş ərazilərə "Böyük Qayıdış" dövlət proqramının birinci mərhələsinin başa çatması gözlənilir. Proqram sayəsində artıq 80 mindən çox insan doğma torpaqlarına qayıdacaq və daimi yaşayacaq. Onun sözlərinə görə, son dörd il ərzində regionda dağıdılmış ərazilərin bərpası və onların genişmiqyaslı transformasiyası üzrə nəhəng həcmdə işlər görülsə də infrastrukturun məhv edilməsi təkcə mənzil fonduna deyil, həm də regionun ekoloji və mədəni mühitinə təsir göstərərək sistemli xarakter daşıyıb. Bununla yanaşı, mina təhlükəsi bərpa prosesinin sürətinə ciddi təsir göstərir.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cb%C3%B6y%C3%BCk-qay%C4%B1d%C4%B1%C5%9F%E2%80%9D-proqram%C4%B1-%C3%BCzr%C9%99-ilk-m%C9%99rh%C9%99l%C9%99-2026-c%C4%B1-ild%C9%99-ba%C5%9F-%C3%A7atacaq

