“Bayer”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”. Qurban Qurbanov
“Çox ciddi komandaya qarşı oynayacağıq. “Bayer”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib. Noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ 04” - “Bayer” oyunu saat 21:45-də başlayacaq.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cbayer%E2%80%9D%C9%99-qar%C5%9F%C4%B1-h%C9%99dd%C9%99n-art%C4%B1q-dinamik-%C3%A7%C4%B1x%C4%B1%C5%9F-etm%C9%99liyik%E2%80%9D-qurban-qurbanov