“Braqa” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya təmsilçisi “Braqa” ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək ilk oyunun biletləri bu gün satışa çıxarılıb. Biletlərin qiyməti sektorlardan asılı olaraq 3,5-40 avro aralığında dəyişir. "Braqa" - "Qarabağ" matçı fevralın 15-də "Braga Municipial" stadionunda Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Cbraqa%E2%80%9D-%E2%80%9Cqaraba%C4%9F%E2%80%9D-oyununun-biletl%C9%99ri-sat%C4%B1%C5%9F-%C3%A7%C4%B1xar%C4%B1l%C4%B1b