“Doha Ekspo 2023” də Azərbaycanın Milli Günü keçirilib
Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində Azərbaycanın Milli Günü keçirilib. Tədbirdə Azərbaycanın və Qətər Dövlətinin rəsmiləri, bu ölkədə akkreditasiya olunmuş 60-a yaxın ölkənin səfiri iştirak edib. Prezidentin köməkçisi, Anar Ələkbərov tədbirin iqlim dəyişmələri ilə bağlı məsələlərə töhfə verəcəyini vurğulayıb. Ölkəmizin iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verdiyini diqqətə çatdıran Prezidentin köməkçisi bu baxımdan Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xüsusi bildirib.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Cdoha-ekspo-2023%E2%80%9D-d%C9%99-az%C9%99rbaycan%C4%B1n-milli-g%C3%BCn%C3%BC-ke%C3%A7irilib