“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - Mərkəzin direktoru

Gəncədə fəaliyyətə başlayan Gəncə KOB evi region sahibkarları üçün yeni imkanlar açır.Bu fikirləri “Gəncə KOB evi”nin direktoru Orxan Abbasov deyib. O, bildirib ki, Mərkəzdə 15 dövlət qurumu tərəfindən 80-dən çox xidmət vahid məkanda təqdim olunur. Bu isə sahibkarların vaxt itkisini azaldır, prosedurları sadələşdirir və xərclərə qənaət etməyə imkan verir.Burada biznes qeydiyyatı, vergi, gömrük, lisenziya, ixrac, sosial müdafiə və digər mühüm xidmətlər göstərilir. Eyni zamanda bank, sığorta və konsaltinq kimi özəl xidmətlər də mövcuddur.KOB evi yalnız Gəncə deyil, ətraf rayonların sahibkarlarına da açıqdır.Mərkəz həftəiçi hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir və xidmətlər əsasən ödənişsizdir.Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yaradılıb və sahibkarlığın inkişafına dəstək məqsədi daşıyır.

url: 
http://kepezfm.az/xeberler/%E2%80%9Cg%C9%99nc%C9%99-kob-evi%E2%80%9D-sahibkarlar-%C3%BC%C3%A7%C3%BCn-yeni-imkanlar-yarad%C4%B1r-m%C9%99rk%C9%99zin-direktoru
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik