“Kəpəz” qış hazırlığını Gəncədə keçirəcək
“Kəpəz” Azərbaycan Premyer Liqasının digər klubları ilə yoxlama görüşü keçirəcək. Komanda “Qəbələ” və “Araz-Naxçıvan”la sınaq matçına çıxacaq. Oyunlar müvafiq olaraq yanvarın 10-u və 15-i təşkil olunacaq. “Kəpəz” mövsümün ikinci yarısına hazırlığını Doğma Gəncədə keçirəcək. Komanda bu məqsədlə 2024-cü il yanvarın 4-dən bir araya gələcək.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Ck%C9%99p%C9%99z%E2%80%9D-q%C4%B1%C5%9F-haz%C4%B1rl%C4%B1%C4%9F%C4%B1n%C4%B1-g%C9%99nc%C9%99d%C9%99-ke%C3%A7ir%C9%99c%C9%99k