“Milli ruhun səsi” Gəncədə səslənib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığım ilə “Xan Bağı” İstirahət Parkındakı “Yaşıl teatr”da 18 Sentyabr – Milli Musiqi Gününə həsr olunan “Milli Ruhun Səsi” adlı konsert proqramı keçirilib.Tədbirdə bu günün Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğum günü olduğu və bu tarixin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edildiyi vurğulanıb.Daha sonra gənc və yeniyetmələrin ifasında mahnılar, rəqs nömrələri, şeirlər və səhnəciklər təqdim olunub. Konsert proqramında Üzeyir Hacıbəylinin zəngin yaradıcılığına xüsusi yer ayrılıb.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cmilli-ruhun-s%C9%99si%E2%80%9D-g%C9%99nc%C9%99d%C9%99-s%C9%99sl%C9%99nib

