“Qarabağ”ın “Nyukasl”la oyunöncəsi açıq məşqi və mətbuat konfransı Bakıda keçiriləcək
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl"a qarşı keçirəcəyi cavab oyunu öncəsi mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda olacaq.Məşq fevralın 22-də saat 20:15-də, baş məşqçi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı isə bir gün sonra saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək.Fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cqaraba%C4%9F%E2%80%9D%C4%B1n-%E2%80%9Cnyukasl%E2%80%9Dla-oyun%C3%B6nc%C9%99si-a%C3%A7%C4%B1q-m%C9%99%C5%9Fqi-v%C9%99-m%C9%99tbuat-konfrans%C4%B1-bak%C4%B1da-ke%C3%A7iril%C9%99c%C9%99k

