“Qarabağ”ın rəqibi hücumçusunu 15 milyon avroya satır
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya təmsilçisi “Braqa” futbolçusu Alvaro Calonu 15 milyon avroya satır. 24 yaşlı hücumçu “Krasnodar” klubuna keçməyə yaxındır. Ruslar bu məbləği ödəməyə razıdırlar. Premyer Liqa təmsilçisi ispaniyalı ön xətt oyunçusunun transferi üçün qarşı tərəflə danışıq aparır. Qvineya-Bisau əsilli Calo cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 13 qol vurub, 3 məhsuldar ötürmə verib.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Cqaraba%C4%9F%E2%80%9D%C4%B1n-r%C9%99qibi-h%C3%BCcum%C3%A7usunu-15-milyon-avroya-sat%C4%B1r