“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi İngiltərənin “Nyukasl” komandası olub.İlk oyun Bakıda, cavab görüşü isə səfərdə keçiriləcək. Qarşılaşmalar fevralın 17–18-i və 24–25-də baş tutacaq.Ağdam təmsilçisi mərhələni adlasa, 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə qarşılaşa bilər.Pley-off mərhələsində digər maraqlı cütlük isə Türkiyənin “Qalatasaray” və İtaliyanın “Yuventus” komandaları arasında olacaq.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cqaraba%C4%9F%E2%80%9D%C4%B1n-uefa-%C3%A7empionlar-liqas%C4%B1n%C4%B1n-pley-m%C9%99rh%C9%99l%C9%99sind%C9%99ki-r%C9%99qibi-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9Fib

