“Qarabağ” Vətənə qayıtdı
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"lə qarşılaşan "Qarabağ" Vətənə qayıdıb. Avrokuboklarda tarixi nəticələrə imza atan “Qarabağ”ın qarşılama mərasimi keçirilib. Komandanı idman ictimaiyyəti, media nümayəndələri qarşılayıblar. Almaniya Bundesliqasının liderinə hər iki oyunda 2 qol vuran “Qarabağ” 1/8 final səddini keçə bilməyib – 2:2, 2:3.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Cqaraba%C4%9F%E2%80%9D-v%C9%99t%C9%99n%C9%99-qay%C4%B1td%C4%B1