“Qarabağ” yoxlama oyununda növbəti qələbəsini qazandı
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu növbəti yoxlama görüşündə Xorvatiyanın “Osiyek” kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, “Qarabağ” bu gün saat 19:00-da daha bir yoxlama matçını Polşanın “Zaqlebye” klubu ilə keçirəcək.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cqaraba%C4%9F%E2%80%9D-yoxlama-oyununda-n%C3%B6vb%C9%99ti-q%C9%99l%C9%99b%C9%99sini-qazand%C4%B1

