“Səs Azərbaycan”ın qalibi- Emiliyadan klip

“Səs Azərbaycan”ın qalibi- Emiliyadan klip

"Səs Azərbaycan" teleşousunun qalibi Emiliya Yaqubova "BMF" YouTube-kanalında özünün ilk layihəsini- bəstəkar İsa Məlikovun "Son görüş" mahnısına çəkilmiş klipi təqdim edib.
Bəli, söhbət 2000-ci illərin əvvəlində Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın repertuarının bəzəyi sayılan məşhur mahnıdan gedir.
Yəqin ki, çoxları bu suala cavab axtarır: "Müğənninin komandası nə üçün keçmişə, hamıya məlum olan bir materiala müraciət edib?"
Bu mahnının seçilməsi təsadüfi olmayıb. Heç kimə sirr deyil ki, Emiliya məşhur prodüser Nigar Hacızadənin yeni və kifayət qədər ambisiyalı layihəsidir. Bu da məlumdur ki, Nigar Hacızadə uzun illər boyu yalnız Zülfiyyə Xanbabayeva ilə əməkdaşlıq edirdi (və bu əməkdaşlıq indi də davam edir). Prodüserin sözlərinə görə, onların bütün komandası ("Son görüş" klipi məhz komanda şəklində işin nəticəsidir) qərara alıb ki, başlanğıc üçün Emiliyanın özünü artıq məşhur mahnı ilə göstərməsi daha düzgün olar, Zülfiyyə xanımın repertuarından olan hit stilistikasına görə gənc müğənninin səsinə çox uyğun gəldi.

Aranjımançı Samir Soltanov mahnıya yeni həyat, rejissor Fərhad Əli yeni rənglər, Emiliya isə ona bütün qəlbini qoyub yeni əhval-ruhiyyə bəxş edib. Məlum olub ki, xalq artisti Zülfiyyə Xanbabayeva Nigar Hacızadənin yeni ideyasına laqeyd qalmayıb və o da bu komandaya qoşulub, daha dəqiq desək, videonun çəkilişində və mahnının yazılmasında çox fəal iştirak edib. Yeni versiyada Zülfiyyə xanımın səsini eşitmək olar. O, kiçik bir musiqi parçası ifa edir. Emiliya tənhalıq haqqında oxuyur, rejissor gənc gözəl qızı göstərir. Bu qız öz evində özünə yer tapa bilmir, amma onun ağrısı sevdiyi oğlanın qəlbində heç bir emosiya oyatmır, oğlan onu laqeyd baxışlarla süzür və açıq-aydın onu eşitmir... Çarxda həmin gəncin obrazını "Səs Azərbaycan" layihəsinin digər iştirakçısı, model və müğənni Riad Abdulov canlandırıb. Layihənin komandası çox ümid edir ki, mahnının yeni versiyası da tamaşaçıların qəlbini fəth edəcək.
Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq