“Turan Tovuz” braziliyalı hücumçu ilə müqavilə bağlayıb
“Turan Tovuz” qış fasiləsində ilk transferini gerçəkləşdirib. Tovuz təmsilçisi Aleks De Souza Alkantaranı heyətinə qatıb. Braziliyalı hücumçu ilə 2,5 il müddətinə rəsmi müqavilə bağlanıb. 22 yaşlı forvard karyerası ərzində Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarının da formasını geyinib.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Cturan-tovuz%E2%80%9D-braziliyal%C4%B1-h%C3%BCcum%C3%A7u-il%C9%99-m%C3%BCqavil%C9%99-ba%C4%9Flay%C4%B1b