“Turan Tovuz” yubiley oyununu keçirib
“Turan Tovuz” Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. Premyer Liqanın XIV turunda “Qəbələ”yə qarşı səfər görüşü tovuzluların 50-ci matçı olub. Oyun “Qəbələ”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu müddətdə 14 qələbə qazanıb, 12 heç-heçə edib və 24 dəfə məğlub olub. 50 qarşılaşmada 57 qol vuran komanda 71 top buraxıb.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cturan-tovuz%E2%80%9D-yubiley-oyununu-ke%C3%A7irib