“Xəzri” klubu Azərbaycan Basketbol Liqasında liderliyə yüksəlib
Azərbaycan Basketbol Liqasının 11-ci turunda “Gəncə” “Xəzri”ni qəbul edib. Qarşılaşma qonaqların 96:89 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xallarını 20-yə çatdıran “Xəzri” turnir cədvəlinə başçılıq edir. “Gəncə” isə 14 xalla 8-ci pillədə qərarlaşıb.
url:
http://www.kepezfm.az/xeberler/%E2%80%9Cx%C9%99zri%E2%80%9D-klubu-az%C9%99rbaycan-basketbol-liqas%C4%B1nda-liderliy%C9%99-y%C3%BCks%C9%99lib