14 yaşlı yeniyetmə qonşusunu güllələyib
Ağdaşda 51 yaşlı qadın qarın nahiyəsindən güllə yarası alaraq xəstəxanaya müraciət edib. Araşdırma zamanı məlum olub ki, xəsarəti qonşuluqda yaşayan 14 yaşlı yeniyetmə yetirib.Yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qadına dəyib. Faktla bağlı araşdırma aparılır, tüfəng polis tərəfindən götürülüb.
url:
http://kepezfm.az/xeberler/14-ya%C5%9Fl%C4%B1-yeniyetm%C9%99-qon%C5%9Fusunu-g%C3%BCll%C9%99l%C9%99yib

