150 illik ağacları kəsənlər tutulub
Şəkinin Kiş kəndində qanunsuz olaraq 100-dən çox fıstıq ağacı kəsən altı nəfər saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər ağacları qanunsuz kəsərək emal edib satışını həyata keçiriblər. Ekspertiza nəticəsində ağaclardan bəzilərinin 100-150 yaşında olduğu müəyyən edilib.Faktla bağlı araşdırmalar davam etdirilir. DİN vətəndaşları yaşıllıqların qorunmasına həssas yanaşmağa və qanunsuz ağackəsmə halları ilə qarşılaşdıqda polisə məlumat verməyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/150-illik-a%C4%9Faclar%C4%B1-k%C9%99s%C9%99nl%C9%99r-tutulub

