17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür

17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanda 1988-ci ildə başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin ilin bu günü Bakının Azadlıq meydanında SSRİ rəhbərliyinin Azərbaycana qarşı siyasətinə etiraz olaraq kütləvi mitinqlər başlayıb. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən dağıdılsa da, xalq hərəkatı milli müstəqillik ideyasının güclənməsində mühüm rol oynayıb.1990-cı il noyabrın 17-də isə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılıb, üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi bərpası ilə bağlı qərar qəbul edilib.Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də təsis olunub.Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.

url: 
http://kepezfm.az/xeberler/17-noyabr-az%C9%99rbaycanda-milli-dir%C3%A7%C9%99li%C5%9F-g%C3%BCn%C3%BCd%C3%BCr
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik