33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır-AQTA

Aparılan monitorinqlər nəticəsində məlum olub ki, Azərbaycanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya yoxdur, ya da fəaliyyət göstərmir.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ölkə üzrə hazırda 84 məntəqə var.Müasir tələblərə cavab verən kəsim məntəqələrinin fəaliyyəti heyvanların identifikasiyası və izlənməsi, baytarlıq nəzarətinin gücləndirilməsi və qanunsuz kəsim hallarının qarşısının alınması baxımından vacibdir.Agentlik kəsim məntəqəsi olmayan rayon və şəhərlərdə sahibkarları müasir standartlara uyğun məntəqələr yaratmağa çağırıb və bu istiqamətdə metodiki, təşkilati və texniki dəstək göstərməyə hazır olduğunu bildirib.AQTA onu da deyib ki, Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının fəaliyyətinə icazə verilib.Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

url: 
http://kepezfm.az/xeberler/33-rayon-v%C9%99-%C5%9F%C9%99h%C9%99rd%C9%99-m%C3%BCasir-heyvan-k%C9%99simi-m%C9%99nt%C9%99q%C9%99l%C9%99ri-qurulmal%C4%B1d%C4%B1r-aqta
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik