34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Xocalı rayonunun Təzəbinə kəndində işğaldan azad ediləndən sonra əsaslı təmir olunmuş tam orta məktəbində 34 illik fasilədən sonra yeni dərs ili başlayıb.Burada 200-ə yaxın şagirdin təhsil alması gözlənilir. Kəndə köç prosesi davam etdikcə şagirdlərin sayının artacağı qeyd olunub.Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 7 ümumi təhsil müəssisəsində ilk dəfə Bilik Günü qeyd edilir.
url:
http://kepezfm.az/xeberler/34-ild%C9%99n-sonra-xocal%C4%B1n%C4%B1n-t%C9%99z%C9%99bin%C9%99-k%C9%99ndind%C9%99-yeni-d%C9%99rs-ili-ba%C5%9Flay%C4%B1b

